Xəbər lenti

Xərçəng xəstəsi olan kral hərbi paradı vaqonda qəbul edəcək, şahzadə isə...
Dünya 19:19 30.05.2024

Xərçəng xəstəsi olan kral hərbi paradı vaqonda qəbul edəcək, şahzadə isə...

Britaniya kralı III Çarlz iyunun 15-də Londonun mərkəzində keçiriləcək hərbi paradda iştirak edəcək. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Sky News" Bukingem Sarayına istinadən məlumat yayıb.

Bununla belə, səhhətinin hazırkı vəziyyəti ilə əlaqədar monarx paradda vaqon vastisəsi ilə iştirak edəcək. 

Ənənəyə görə, kral paradı at belində oturarkən qəbul etməli idi. Lakin III Çarlz xərçəngdən müalicə aldığı üçün proseduru dəyişdirmək qərarına gəliblər.

Materialda qeyd olunur ki, monarx və onun həyat yoldaşı Kraliça Kamilla Ascot landauda keçiriləcək tədbirdə iştirak edəcəklər. Onlar irəli və arxaya qatlanan damı olan yüngül dörd nəfərlik vaqonda əyləşəcək.

Bununla yanaşı, jurnalistlər Uels şahzadəsi Keyt Middletonun hərbi paradda iştirak etməyəcəyini bildiriblər. Britaniya taxt-tacının varisi şahzadə Uilyamın həyat yoldaşı 2024-cü ilin əvvəlindən xərçəng xəstəliyinə tutulduğunu açıqladıqdan sonra ictimaiyyət qarşısına çıxmayıb.

Fevralın 5-də Bukingem sarayı Britaniya kralına xərçəng diaqnozu qoyulduğunu elan edib. Çarlz III dərhal müalicəyə başlayıv, bu müddət ərzində həkimlər ona ictimai tədbirlərdə iştirakdan imtina etməyi tövsiyə ediblər. Monarx yalnız aprelin sonunda dövlət işlərinə qayıdıb. Sonra o, həyat yoldaşı ilə Universitet Kolleci Xəstəxanasında Makmillan Xərçəng Mərkəzində olub. Burada kral xəstələr və onların yaxınları ilə görüşüb.

Aydın


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->