Xəbər lenti

XİN: "Ağalı kəndi tezliklə məcburi köçkünləri qəbul edəcək”
Siyasət09:41 20.06.2022

XİN: "Ağalı kəndi tezliklə məcburi köçkünləri qəbul edəcək”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Azərbaycan məcburi köçkünlərin doğma torpaqlarına qayıtmasını səbirsizliklə gözləyir”.
Qaynarinfo xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin (XİN) tviter səhifəsindəki paylaşımda deyilir.
"Bu gün Dünya Qaçqınlar Günü qeyd olunur. Bu gün dünyadakı qaçqınların və məcburi köçkünlərin gücü və sarsılmazlığını yad edirik. Azərbaycan məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtmasını səbirsizliklə gözləyir və Qarabağ regionunun tarixində yeni səhifənin açılmasını qeyd edir. Ağalı kəndi tezliklə məcburi köçkünləri qəbul edəcək”, - paylaşımda bildirilir.