ATV-dən qalmaqallı şəkildə ayrılan Xoşqədəm Hidayətqızı ANS telekanalının prezidenti Vahid Mustafayev və Mirşahin Ağayevlə görüşüb. Qaynar.info xəbər verir ki, jurnalist bu barədə "Facebook" səhifəsində yazıb:
"Mən əvvəl işlədiyim kanaldan ayrılarkən kim "Səni Axtarıram"ı seçdisə onlar gəldi. Bu gün əsas komandamla Vahid Mustafayev və Mirşahin Ağayevin yanında olduq. Möhtəşəm bir görüş oldu. ANS həqiqətən bir məktəbdir. Biz ANS-dən kənarda olsaq da, demə elə o məktəbi keçmişik. Qısası, döyüş alnımıza yazılıb. Yeni iş yerimizə getdik. ANS-in gözəl komandası ilə görüşdük. Qismətimizə bu da yazılıbmış. Xeyirli uğurlu olsun".
Qaynar.info