Xəbər lenti

Yadigar Sadıqov məhkəməyə çıxarılacaq
Siyasət06:22 25.10.2013

Yadigar Sadıqov məhkəməyə çıxarılacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu gün saat 15-00 da Sabuncu rayon Məhkəməsində Müsavat başqanının müşaviri Yadigar Sadıqovun məhkəməsi keçiriləcək. 

Bu barədə Qaynar.info-ya Yadigar Sadıqovun hüquqlarının müdafiə komitəsinin sədri Elman Fəttah məlumat verib: "Saat 15-00 da Sabunçu rayon Məhkəməsində Yadigar Sadıqovun məhkəməsidir. Dostları, müsavatçıları, jurnalistləri gözləyirik".

Xatırladaq ki, Y.Sadıqovu iyunun 27-də Lənkəran şəhər sakini Rəşid Kərimovun şikayəti əsasında saxlayıblar. O, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə xuliqanlıqda ittiham olunur. R.Kərimov iyunun 25-də Y.Sadıqovun iki nəfərlə birgə onu döydüyünü iddia edir. Y.Sadıqov isə bu iddianı tamamilə rədd edir, həmin şəxsi döymədiyini və bunun hakimiyyətin quraşdırdığı oyun olduğunu vurğulayır.

Qaynar.info