
Bu gün siyasi məhbus, Müsavat Partiyası başqanının müşaviri Yadigar Sadıqovun 45 yaşı tamam oldu. Bu münasibətlə Müsavat Partiyasının qərargahında tədbir təşkil olundu.
Tədbirə Müsavat, AXCP, REAL hərəkatının, "Nida" Vətəndaş Hərəkatının, AGT-nin üzvləri iştirak edirdi. Tədbirin ilk çıxışını Müsavat başqanın müavini Gülağa Aslanlı etdi. Daha sonra İsa Qəmbər və Milli Şuranın vahid namizədi Cəmil Həsənli öz ürək sözlərini dedilər.(musavat.com)





