Xəbər lenti

YAP-dan Gülər Əhmədovanın azadlığa buraxılmasına münasibət
Siyasət14:30 05.05.2014

YAP-dan Gülər Əhmədovanın azadlığa buraxılmasına münasibət

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

YAP-dan Gülər Əhmədovanın azadlığa buraxılmasına münasibət bildirilib

Hakim Yeni Azərbaycan Partiyası (YAP) partiyanın sabiq üzvü, keçmiş deputat Gülər Əhmədovanın azadlığa buraxılmasına münasibət bildirib.

Partiyanın icra katibinin müavini, deputat Siyavuş Novruzov APA-ya açıqlamasında hər şeyin hüquq çərçivəsində həll olunduğunu deyərək, məhkəmənin qərarına hörmətlə yanaşdıqlarını qeyd edib.

S. Novruzov G. Əhmədovanın yenidən YAP-a üzv ola biləcəyini də istisna etməyib: “Şərti azadlıq müddəti bitdikdən sonra müraciət edərsə, baxıla bilər”.

Qaynar.info