Xəbər lenti

Yaralı halda israrla Şuşa döyüşlərinə qatıldı - XTQ-nin çavuşu, şəhid Ramiz Ağayevin doğum günüdür (VİDEO)
Ölkə 17:45 25.07.2022

Yaralı halda israrla Şuşa döyüşlərinə qatıldı - XTQ-nin çavuşu, şəhid Ramiz Ağayevin doğum günüdür (VİDEO)

Vətən müharibəmizin Xüsusi Təyinatlı şəhidi Ramiz Ağayevin doğum günüdür. 25 iyul, 1993-cü ildə Biləcəri qəsəbəsində anadan olan Ramiz İmamverdi oğlu Ağayev uşaqlıqdan hərbiyə maraq göstərib. 

Bu marağının ardınca isə əsgərlikdən sonra düşür. Xüsusi təyinatlı şəhidimiz Murovdağ, Cəbrayıl, Füzuli istiqamətlərində gedən əməliyyatlarda döyüşüb. Bir çox düşməni məhv edib. 

Vətən müharibəsinin çavuşu Ramiz Ağayev Füzuli istiqamətində gedən döyüşlərdə isə çiyin və boğaz nahiyələrindən 3 güllə yarası alır. Həkimlər və ailəsi dəfələrlə təkid eləsə də, o, yaralı olmasına baxmayaraq, çiynindəki mil çıxmamış yenidən döyüşlərə qatılır. Şuşadakı döyüşlərdə iştirak edir.


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->