Yeri qorxunc asteroidlərdən qorumaq üçün ilk cəhd uğurlu oldu (VİDEO)
Amerikanın DART zondu Yer kürəsini potensial təhlükəli asteroidlərdən qorumaq üçün eksperiment planına uyğun olaraq Yerə yaxın olan Dimorf asteroidi ilə uğurlu toqquşma həyata keçirib.
Qaynarinfo xəbər verir ki, toqquşma NASA tərəfindən canlı yayımlanıb.
DART (Double Asteroid Redirection Test) kosmik gəmisi ötən ilin noyabrında Yerdən buraxılıb. Onun Yerə təhlükə yaratmayan Dimorf asteroidi ilə toqquşması ABŞ-ın şərq sahili vaxtı ilə təxmini saat 19.14-də (27 sentyabr Bakı vaxtı ilə 3.14) oflayn rejimdə baş verib.
ABŞ Kosmik Agentliyi zondun asteroidin qayalıq səthinə təxminən 23 min km/saat sürətlə yaxınlaşmasını və onun səthi ilə toqquşmasını canlı yayımlayıb.
Təcrübə Yer kürəsini potensial təhlükə yarada bilən komet və ya asteroidlərdən qorumaq üçün asteroidin trayektoriyasını dəyişdirmək üçün edilən ilk cəhddir.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər