Xəbər lenti

Yubileyi olan xanəndə:
Sənət 17:05 11.12.2025

Yubileyi olan xanəndə: "Elə bilirəm, toz-torpaq içində oynayıram"

Əməkdar artist Cabir Abdullayev 60 illik yubileyinə hazırlaşır.

Xanəndə Qaynarinfo-ya açıqlamasında bildirib ki, 60 illik yubileyi ilə bağlı tədbirlər planı var:

"Ağdamdan başlayacaq. Sonra işğaldan azad olunan bütün bölgələrdə davam edəcək. Sonda ümid edirəm ki, Bakıda keçirilər. Həyatda bircə arzum olub - Qarabağın işğaldan azad edilməsi. Artıq bu arzum həyata keçib, torpaq məsələsi həll olundu. 60 illik yubiley arzularım da var. Bundan sonra özümə xoş günlər, övlad toyu görməyi arzulayıram".

60 yaşlı Cabir Abdullayev bu yaşın ağırlığını hiss etmədiyini vurğulayıb:

"Gələn il yubileyimdir. İllər öncə necəydimsə, bu gün də özümü elə hiss edirəm. Uşaq kimiyəm. İnsan özünün yaşa dolduğunu hiss eləmir. Elə bilirəm uşağam, tozun-torpağın içində gülüb-oynayıram. Həyat gözəldir, hansı yaşda olmağın önəmi yoxdur".

Bahar Rüstəmli

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->