"Hüceyrələrin yetişdirilməsində böyük dozada dərmanlardan istifadə olunur. Bu dərmanlar gələcəkdə qadınları yumurtalıq xərçəngi kimi diaqnozla üz-üzə qoya bilər”.
Bunu Qaynarinfo-ya açıqlamasında mama-ginekoloq Vüsalə Ağabalayeva ginekoloq Təranə Həsənovanın "Qadınlar pul qarşılığında yumurta hüceyrələrini satırlar” fikirinə münasibətində deyib.
Onun sözlərinə görə, yumurta hüceylərini həddindən artıq imkanı zəif olan qadınlar satmağa razıdırlar:
"Onlar hüceyrələrinin əvəzində pul alırlar. Mən bununla razı deyiləm. Ona görə ki, hüceyrələrin süni yolla yetişdirilməsi üçün istifadə olunan dərmanlar qadınların gələcəyi üçün riskdir. Onlar riskli qadınlar qrupu hesab olunurlar. Çünki yumurta hüceyrələrini satmaq istəyən qadınlara müəyyən dərmanlar vururlar ki, follikuları yetişdirib onun içərisindən yumurta hüceyrə çəksinlər. Hər dəfə də dərmanlar vurulur. Həmin dərmanların təsirindən gələcəkdə qadınlar yumurtalıq xərçəngi kimi diaqozla üz-üzə qalacaq”.
Ginekoloq deyir ki, o, nə süni mayalanma ilə məşğul olur, nə də bu məsələdə kiməsə vasitəçilik edir:
"Bununla bağlı süni mayalanmada iştirak edən həkimlər məşğul olur. Amma bizə də müraciət edən qadınlar var”.
Qeyd edək ki, ginekoloq Təranə Həsənova açıqlamasında "Qadınlar pul qarşılığında yumurta hüceyrələrini satırlar”, - deyə bildirib.
Bahar Rüstəmli