Xəbər lenti

Yusif Məmmədəliyev: "Azərbaycan dövləti gənclərə güvənir"
Siyasət09:59 20.07.2018

Yusif Məmmədəliyev: "Azərbaycan dövləti gənclərə güvənir"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Azərbaycan dövləti gənclərə güvənir, qarşıya qoyulmuş məqsədlərə çatmaq üçün onlarla birgə çalışır".
Qaynarinfo xəbər verir ki, bunu Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (GTMŞ) XV Hesabat-Seçki Qurultayında Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusif Məmmədəliyev bildirib.
Y. Məmmədəliyev deyib ki, Azərbaycanın inkişafını gənclərsiz təsəvvür etmək mümkün deyil: "Prezident İlham Əliyev gənclər siyasətinə xüsusi diqqət ayırır və bu siyasət nəticəsində Gənclər Təşkilatları Milli Şurası gəncləri fəal vətəndaş mövqeyindən çıxış etməyə təşviq etməlidir".