Xəbər lenti

Zakir Həsənov Moskvaya niyə gedib? - ŞƏRH
Siyasət13:08 12.08.2016

Zakir Həsənov Moskvaya niyə gedib? - ŞƏRH

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Krımda baş verən hadisədən sonra Rusiya ilə Ukrayna arasında savaş qızışa bilər". Bu sözləri Qaynarinfo.Az-a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.

Politoloq bildirib ki, Rusiya öldürülən 2 hərbçisinin qisasını almaq istəyir: "Əslində Rusiya Donbass separatçılarına dəstək verməsə, onlar Ukrayna ordusuna müqavimət göstərə bilməz. İndiki halda Rusiya öldürülən 2 hərbçisinin əvəzini çıxmaq istəyir. Donbassda atəşkəs həmişə kövrəkdir. Bu baxımdan iki dövlət arasında toqquşmanın miqyasını genişlənməsi mümkündür".

Politoloq Türkiyə-Rusiya yaxınlaşmasının Dağlıq Qarabağ münaqişəsinin həllinə təsirləri barədə danışarkən, hər hansı bir irəliləyişin mümkünlüyünü istisna edib: "Hələ heç bir ümid yoxdur. Danışıqlar prosesində irəriləyiş əldə olunmayıb. Rusiya prezidenti Vladimir Putinin son görüşlərdə səsləndirdiyi açıqlamalar isə ondan xəbər verir ki, Kreml Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılması məqsədilə İrəvana təzyiq və ya təsir etməyəcək".

Azərbaycanın müdafiə naziri Zakir Həsənovun Moskvaya səfərini şərh edən Elxan Şahinoğlu səfərin daha çox texniki xarakterli ola biləcəyini deyib: "Azərbaycan Rusiyadan müasir silahlar almaq istəyir və Kreml bu sahədə əməkdaşlığı genişləndirməkdə maraqlıdır. Bu səfərin Dağlıq Qarabağ məsələsinə bağlı olduğunu düşünmürəm".

Qızılgül

Qaynarinfo.Az