Dünya 10:39 21.05.2023

Zelenski Baydenlə görüşdü

Ukrayna Prezidenti Volodimir Zelenski amerikalı həmkarı Co Baydenlə görüşüb.

Qaynarinfo xəbər verir ki, bu barərdə Ukrayna lideri teleqramda şəkil paylaşıb.

Görüşlə bağlı təfərrüatlar hələlik verilməyib.

Xatırladaq ki, Yaponiya bu il G7-yə sədrlik edir və mayın 19-dan 21-dək Xirosimada Qrupun sammitini keçirir. Bu şəhər 6 avqust 1945-ci ildə ABŞ-nin nüvə bombasına məruz qalıb. Bayden Xirosimaya səfər edən ikinci ABŞ prezidenti olub. Lakin 2016-cı ildə adıçəkilən şəhərə səfər edən sabiq dövlət başçısı Barak Obama kimi, o da nüvə bombardmanına görə üzr istəməyib.