Xəbər lenti

Zelenski Slovakiyadakı etirazları dəstəklədi:
Video 13:35 25.01.2025

Zelenski Slovakiyadakı etirazları dəstəklədi: "Bratislava - Moskva deyil" (VİDEO)

Ukrayna prezidenti Volodimir Zelenski Slovakiya baş naziri Robert Fikonun Rusiya ilə yaxınlaşma siyasətinə qarşı keçirilən çoxminlik etirazlara münasibət bildirib.

Qaynarinfo xəbər verir ki, bu barədə o, "X" (Twitter) platformasında yazıb.
 

Qeyd edək ki, yanvarın 24-də, cümə günü axşamı, Slovakiyanın 20-dən çox şəhərində Fiko hökumətinin siyasətinə qarşı "Slovakiya - Avropadır" şüarı ilə etirazlar başlayıb.

"Bratislava - Moskva deyil, Slovakiya - Avropadır", deyə Zelenski etirazlara münasibət bildirib.

Bu həftənin əvvəllərində Slovakiyanın baş naziri Robert Fiko müxalifət, qeyri-hökumət təşkilatları, media və "xaricdən gələn gizli ekspertlər qrupu"nun iştirakı ilə ölkədə "dövlət çevrilişi" hazırlandığını bəyan etmişdi.
 

Fikonun hökumətinə etimadsızlıq səsverməsi keçirməyə çalışan Slovakiya müxalifəti isə bu iddiaları rədd edərək, onları vətəndaşları qorxutmaq üçün tətbiq olunan taktikalar adlandırır.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->