Xəbər lenti

Zelenski Sofiyaya gedir: Bolqar nazir üzr istədi
Dünya17:31 05.07.2023

Zelenski Sofiyaya gedir: Bolqar nazir üzr istədi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bolqarıstanın müdafiə naziri Todor Taqarev Ukrayna prezidenti Volodimir Zelenskinin cümə axşamı, iyulun 6-da Sofiyaya səfər edəcəyini təsdiqləyib. Nazir əlavə edib ki, səfərlə bağlı məlumatların mediaya sızmasından "təəssüflənir”.
Qaynarinfo xəbər verir ki, bu barədə "Politico" məlumat yayıb.
Bir gün əvvəl Bolqarıstan mediası diplomatik dairələrdəki mənbələrə istinadən yazıb ki, Zelenski Bolqarıstan hökumətinin dəvəti ilə iyulun 6-da Sofiyaya səfər edə bilər.
Taqarev bu məlumatı təsdiqləyib və xəbərin sızmasına görə üzr istəyib.
"Biz bir müddətdir ki, belə bir səfərə hazırlaşırdıq, bu, publik deyil. Təəssüf edirəm ki, məlumat ictimaiyyətə sızdırılıb”, - nazir bildirib.
Nizami Bağırov