Xəbər lenti

Zika virusu yenidən yayılmağın bir addımlığında – alimlər xəbərdarlıq etdi
Sağlamlıq13:00 13.04.2022

Zika virusu yenidən yayılmağın bir addımlığında – alimlər xəbərdarlıq etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Araşdırmaçılar bildirir ki, Zika virusunun yenidən baş qaldırmaq ehtimalı var.
Qaynarinfo bu barədə BBC-yə istinadən xəbər verir. 
Zika virusu 2016-ci ildə yayılması ilə ciddi fövqəladə vəziyyət yaratmışdı. Hamiləlik dövründə virusa yoluxan qadınlar minlərlə beyin zədəsinə məruz qalmış uşaq dünyaya gətirmişdi. 
Amerikalı alimlər dünyanın yeni mutasiya ilə bağlı göz-qulaqda olmasını məsləhət bilib. 
"Cell Rports” jurnalında dərc edilmiş laborarotiya araşdırması göstərir ki, virus asanlıqla dəyişə və yeni variantlar yarada bilər. 
Araşdırmalar göstərir ki, yeni variantlar hətta immunitetin yarandığı ölkələrdə belə virusun sürətlə yayılmasına səbəb ola bilər. 
Ekspertlər bildirir ki, yeni tapıntılar nəzəri də olsa maraqlıdır və bizə koviddən başqa da təhlükəli ola biləcək virusların olduğunu xatırladır.
Zika virusa yoluxmuş ağcaqanadlar vasitəsilə yayılır. Onlar əsasən Amerika qitəsi və Asiya boyu mövcuddur. 
Zika virusu özü yüngül və tez keçən xəstəlik yaratsa da, onun ana bətnindəki uşaqlar üçün dəhşətli təsiri var. 
Hamilə qadın bu virusa yoluxanda yeni doğulan körpə beyin şişi və beyin zədəsi ilə doğulur. 
Əsas araşdırması professor Sujan Şresta deyir ki, bizim müəyyən etdiyimiz Zika variantı o yerə qədər dəyişilib ki, denqe variantından qoruyan çarpaz qoruyucu immunitet siçanlarda bu qorunmanı artıq təmin edə bilmir. 
"Təəssüfki, əgər bu variant yayğınlaşsa, biz eyni şeylə real həyatda da üzləşə bilərik”, - o bildirib. 
Nurlan Hüseynov