Xəbər lenti

Ziyalılar Forumu toplanır
Siyasət13:29 15.05.2013

Ziyalılar Forumu toplanır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Mayın 27-də Ziyalılar Forumu Azərbaycan Xalq Cümhuriyyətinin 95 illiyinə həsr olunan yığıncaq keçirəcək.  

“Yeni Müsavat” xəbəri Ziyalılar Forumu İdarə Heyətinin üzvü professor Rafiq Əliyevdən alıb.

Toplantıda Azərbaycan Xalq Cümhuriyyətinin Azərbaycan tarixində önəmi ilə yanaşı ölkədəki bugünkü durumda müzakirə ediləcək.

Yığıncaqda professor Cəmil Həsənlinin Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı yeni kitabının təqdimatı da planlaşdırılır. Kitab Bakıda çap olunub. Qeyd edək ki, C.Həsənli AXC haqqında bir çox elmi araşdırmaların müəllifidir.

Qaynar.info