Xəbər lenti

Zurabişvili yeni prezident seçkilərinin keçirilməsini tələb edir
Dünya 17:27 26.02.2025

Zurabişvili yeni prezident seçkilərinin keçirilməsini tələb edir

Gürcüstanın keçmiş prezidenti statusunu mübahisələndirən Salome Zurabişvili hakimiyyətdən ölkədə yeni seçkilərin keçirilməsini tələb edib. 

Qaynarinfo "Interpress Gürcüstan"a istinadən xəbər verir ki, o, bu barədə Tiflisdə etirazçılar qarşısında bildirib.

"Millətin planı birdir və alternativi yoxdur - yeni seçkilər", deyə Zurabişvili bildirib.

O qeyd edib ki, Gürcüstanda siyasi böhran artıq dörd aydır davam edir. Ölkənin keçmiş prezidentinin fikrincə, onun sülh yolu ilə həlli üçün seçkilər yeganə çıxış yoludur.

Gürcüstanda etirazlar 2024-cü ilin oktyabrından davam edir. Müxalifət partiyaları və Zurabişvili hakim Gürcü Arzusu Partiyasının qələbəsi ilə nəticələnən parlament seçkilərinin nəticələri ilə razılaşmır.

Bundan əlavə, 2024-cü il dekabrın 14-də Gürcüstanda yeni sistemlə prezident seçkiləri keçirilib. İlk dəfə olaraq dövlət başçısını ölkə vətəndaşları deyil, seçicilər kollegiyası seçib. Gürcü Arzusu Partiyasının namizədi Mixail Kavelaşvili qalib gəlib.

Gürcüstanın beşinci prezidenti Salome Zurabişvili səsvermənin legitimliyini tanımaqdan imtina edib. O bildirib ki, heç kim heç kimi seçməyib. Bu yaxınlarda o, Almaniyanın gələcək kansleri Fridrix Merzə müraciət edərək Gürcüstanda yeni seçkilərin keçirilməsini dəstəkləyib.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->