
Dünən İstanbul təhlükəsizlik qüvvələri adı açıqlanmayan narkobaronu saxlayıblar.
Bu barədə Trend "Sabah" qəzetinə istinadən məlumat verir. Həmin şəxs Türkiyə polisi tərəfindən 13 il ərzində axtarılıb. Onun saxlanılması üzrə əməliyyatda polisin narkotiklərlə mübarizə üzrə şöbəsinin xüsusi dəstəsi iştirak edib.
Əməliyyat zamanı bir neçə vertolyot cəlb edilib. Saxlanılan şəxs dindirildikdən sonra məhkəməyə təhvil veriləcək.
Qaynar.info