Çində 2 gün ərzində çoxmərtəbəli xəstəxana binası inşa edilib.
Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, bina təxminən 1000 nəfər üçün nəzərdə tutulub. Təhlükəli koronavirus epidemiyasının yayıldığı Uhan şəhərinin yaxınlığında inşa edilən Dabie Dağ Tibb Mərkəzinin may ayında açılması nəzərdə tutulsa da, xəstəliyin geniş vüsət alması səbəbindən işlər sürətləndirilib. 24 saat ərzində xəstəxana binasının inşasına 500-dən çox inşaatçı və elektrik cəlb edilib. Binada artıq su, elektrik və internet var. Uhan şəhərinin özündə isə 4 xəstəxana inşa edilir. Şəhərdə karantina rejimi hökm sürür və ora giriş və çıxış qadağan edilib.
Son məlumatlara görə, virus səbəbindən 170 nəfər ölüb, 8 minə yaxın insan isə epidemiyaya yoluxub.