Xəbər lenti

Azərbaycanda neçə nəfər koronavirusa yoluxub, neçə nəfər sağalıb? - STATİSTİKA
Sağlamlıq14:11 13.04.2020

Azərbaycanda neçə nəfər koronavirusa yoluxub, neçə nəfər sağalıb? - STATİSTİKA

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanda daha 50 nəfər koronavirus infeksiyasına yoluxub.
Qaynarinfo xəbər verir ki, bununla da ölkədə virusa yoluxanların ümumi sayı 1148 nəfərə çatıb.
İnfeksiyadan daha bir nəfər dünyasını dəyişib. Bununla da Azərbaycanda koronavirusdan dünyasını dəyişənlərin sayı 12-yə yüksəlib.
Son 24 saatda infeksiyaya yoluxmuş 39 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Beləliklə, Azərbycanda koronavirusdan sağalanların sayı 289 nəfərə çatıb. 
Hazırda 847 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 25 nəfərin vəziyyəti ağır, 30 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.