Xəbər lenti

Türkiyə ordusu şəhid verdi
Dünya05:12 13.08.2021

Türkiyə ordusu şəhid verdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İraqın şimalında PKK terror təşkilatının silahlıları tərəfindən minaatanlardan atəşə tutulması nəticəsində Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçusu şəhid olub.
Bu barədə Qaynarinfo Türkiyə Milli Müdafiə Nazirliyinə istinadən xəbər verir.
Hərbçi "Pençe-Şimşek” kontr-terror əməliyyatının keçirildiyi zonada ağır yaralanıb. O, xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
İlkin məlumatlara görə, Türkiyə Silahlı Qüvvələrinin cavab atəşi ilə qruplaşmanın üç yaraqlısı zərərsizləşdirilib.
Türkiyə ordusunun regionda kontr-terror əməliyyatı davam edir.