Xəbər lenti

27 illik rəhbərlik bitdi: AZAL-da nələr dəyişəcək?
Ekonomiks 13:04 02.09.2023

27 illik rəhbərlik bitdi: AZAL-da nələr dəyişəcək?

"Yaxın zamanlarda paralel olaraq quru sərhədlər də açılsa və eyni zamanda AZAL-ın stategiyasında bir yenilik olarsa, demək ki, bunu idarəetmə fəlsəfəsinin dəyişməsi kimi anlamaq olar".

Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli AZAL prezidenti Cahangir Əsgərovun vəzifəsindən azad edilməsindən danışarkən deyib. Ekspert bildirib ki, əgər bu baş verərsə, müsbət məqam olacaq: 

"Əslində Cahangir Əsgərovun vəzifəsindən çıxarılması çoxdan gözlənilən bir qərardır. Prezidentdən adi vətəndaşa qədər dəfələrlə AZAL-dan narazılıq səsləndirilmişdi. Bir müdət öncə "Buta" ilə AZAL-ın birləşdirilməsi və eyni brend altında fəaliyyət göstərəciyilə bağlı məlumatdan anlamaq olardı ki, hansısa ciddi struktur islahatları ilə bağlı qəraralar gözlənilir. Bu dəyişikliklər nəticəsində də Cahangir Əsgərovun nəhayət ki, AZAl-ın rəhbərliyindən çıxarılması baş verə bilərdi. Deməzdim ki, gözlənilməz qərardır".



Natiq Cəfərli bu məsələdə problemin başqa olduğunu düşünür:

"Problem tək şəxslərdə deyil. Onun idarəetməsi ilə bağlı çoxlu suallar var idi. Əgər yeni təyin olunacaq rəhbərlik idarəetmə strategiyasını, fəlsəfəsini, yanaşmasını dəyişməsə, köhnə qayda və köhnə idarəetmə davam etsə, bu zaman dəyişən bir şey olmayacaq. Yəni, insanların gözləntisi bu yöndə deyil. Vətəndaşın gözləntisi ondan ibarətdir ki, AZAL inhisarçılığa son qoyacaq, ölkədə bu sahədə rəqabətli mühit formalaşacaq və nəticə etibarı ilə də AZAL rəqabətli mühit şəraitində fəaliyyət göstərdikcə, qiymətlərin enməsinin şahidi olacağıq. Əgər bu baş verəcəksə, tək şəxslərin, kadrların dəyişməsi yox, həm də struktur və idarəetmə islahatları baş verəcəksə, pozitiv məqam olacaq".

Ekspert hesab edir ki, bu, ölkənin ən prioritet sahəsi olan turizmin inkişafına kömək ola biləcək addım ola bilər:

"Yox əgər göhnə üsül və qərarlarlar, yanaşamalar qalacaqsa, onun ciddi effekt verəcəyini düşünmürəm. Gələcəkdə veriləcək qərarlar və idarəetmədə effektliliyi bir neçə aydan sonra bununla bağlı fikir söyləməyə imkan verəcək”.

Qeyd edək ki, Prezident İlham Əliyev ötən gün AZAL prezidenti Cahangir Əsgərov vəzifəsindən azad edib. O, 27 ill AZAL-a rəhbərlik edib. Belə ki, Cahangir Əsgərov 1996-cı ildən AZAL-ın direktoru, 2008-ci ildən isə QSC-nin prezidenti vəzifəsini tutub.

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->