Xəbər lenti

İdman 16:23 14.11.2023

36 yaşlı Cokoviçdən yeni rekord

ATP finallarında uğurlu çıxışı ilə rəqibinə qalib gələn Novak Cokoviç yeni rekorda imza atıb.

Qaynarinfo-nun məlumatına görə, tennisçi 2023-cü ildə dünya reytinqində növbəti dəfə ilk pilləyə yüksəlməyi bacarıb . 

İtaliyanın Turin şəhərindəki Pala Alpitourda keçirilən "Singles Green Group" matçında serbiyalı tennisçi danimarkalı Holqer Rune ilə qarşılaşıb. Cokoviç bu görüşdə 2:1 (7:6, 6:7, 6:3 ) hesablı qələbə qazanıb. 36 yaşlı idmançı bununla da səkkizinci dəfə dünya reytinqində ilk pilləyə yüksəlmə rekordunu qırıb. O, eyni zamanda zirvədə qalma müddətini də 440 həftə uzadıb.

Beləliklə, Cokoviç uzun müddət dünya reytinqinin zirvəsində qalan ən yaşlı kişi tennisçi ünvanına yiyələnib.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->