Xəbər lenti

39 il həbsdə saxlanılan günahsız şəxsə 21 milyon dollar ödəniləcək
Dünya11:15 25.02.2019

39 il həbsdə saxlanılan günahsız şəxsə 21 milyon dollar ödəniləcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ABŞ-da yanlışlıqla 39 il həbsdə saxlanılan Kreyq Koliyə 21 milyon dollar ödəniləcək.
Qaynarinfo xəbər verir ki, 1978-cu ildə Kaliforniyanın "Simi Valley" şəhərində baş verən hadisə zamanı Koli sevgilisi Ronda Viç və onun 4 yaşlı oğlunu öldürməkdə ittiham edilmişdi. DNT analizi nəticəsində 2017-ci ildə Kreyq Kolinin günahsız olduğu üzə çıxıb və o azadlığa buraxılıb. Şəhər rəhbərliyi məbləğin 4,9 milyon dollarını ödəyəcək, qalan pulu isə sığorta şirkəti və digər təşkilatlar verəcək. 
Hazırda 71 yaşı olan Koliyə ötən il 2 milyon dollar ödənilməsi barədə qərar çıxarılmışdı. 
Gülşən