Xəbər lenti

ABŞ-dan yeni araşdırma: Qəhvə ürəyi aritmiyadan qoruya bilər
Sağlamlıq 17:34 11.11.2025

ABŞ-dan yeni araşdırma: Qəhvə ürəyi aritmiyadan qoruya bilər

Kofe istehlakı, geniş yayılmış əks fikirlərə baxmayaraq, ürəyin qeyri-müntəzəm döyüntü riskini azalda bilər. 

Qaynarinfo xəbər verir ki, bu, "The Guardian" qəzetində yer alan yeni klinik tədqiqat Does Eliminating Coffee Avoid Fibrillation (Decaf) nəticələri ilə təsdiqlənir.

Təcrübədə xroniki aritmiya ilə yaşayan 200 xəstə iştirak edib. Məlum olub ki, gündə ən azı bir fincan kofe içənlərdə aritmiyanın təkrar episodu riski, kofeini tamamilə dayandıranlarla müqayisədə 17% aşağıdır.

Tədqiqat ABŞ, Kanada və Avstraliyanın yaşlı sakinləri arasında aparılıb, iştirakçıların sağlamlıq vəziyyəti elektrokardioqram və portativ monitorlar vasitəsilə izlənib. San-Fransisko Kaliforniya Universitetindən kardioloq Qreqori Markus bildirib ki, nəticələr kofeinin atrial fibrilyasiya qarşı potensial qoruyucu təsirini göstərir.

Eyni zamanda mütəxəssislər qeyd edirlər ki, hələ yekun nəticələr çıxarmaq tezdir. Məsələn, digər kofeinli içkilərin təsiri, fiziki aktivlik və iştirakçıların qidalanması nəzərə alınmayıb. Nyu-Yorkdakı Mount Sinai klinikasından kardioloq Yohanna Kontreras aritmiya xəstələrinin kofeni ölçülü miqdarda qəbul edə biləcəyini deyib: "Səhər bir fincan zərər verməz".

Tədqiqatın nəticələri "Journal of the American Medical Association" jurnalında dərc olunub və American Heart Association-ın Nyu-Orleans konfransında təqdim edilib.

Xatırladaq ki, amerikalı həkimlərin digər tədqiqatları göstərib ki, gündə bir-iki fincan kofe adətən əksər insanlar üçün təhlükəsizdir və sağlamlıq üçün faydalıdır. Lakin həkimlər xəbərdarlıq edirlər ki, kofe qan təzyiqini artıra bilər ki, bu da mənfi nəticələrə səbəb ola bilər.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->