Xəbər lenti

ABŞ İranın Çinə neft daşıyan
Dünya 13:14 22.08.2025

ABŞ İranın Çinə neft daşıyan "kölgə donanması"na zərbə endirdi

ABŞ İranın "kölgə donanması”na aid beynəlxalq şirkətlər və gəmilər şəbəkəsinə qarşı yeni sanksiyalar elan edib. Məhdudiyyətlərin əsas səbəbi sanksiyalara məruz qalmış neftin qanunsuz şəkildə Çinə daşınması olub.

Qaynarinfo ABŞ Maliyyə Nazirliyinin məlumatına istinadla xəbər verir ki, sanksiya siyahısına yunan vətəndaşı Antonios Marqaritis daxil edilib. Onun şirkətlər və gəmilərdən ibarət şəbəkəsi İranın "kölgə donanması”na aid hesab olunur.
 
Bildirilir ki, Marqaritis "gəmiçilik sahəsində çoxillik təcrübəsindən istifadə edərək İran neftinin qanunsuz daşınmasına və satışına şərait yaradıb”.

Maliyyə Nazirliyi qeyd edir ki, Marqaritis bir sıra şirkətləri – Marant Shipping and Trading SA, Square Tanker Management Ltd., Comford Management SA və United Chartering SA-nı idarə edir. Bu şirkətlər Yunanıstanda və Marşal adalarında qeydiyyatdan keçib. Həmçinin bu şəbəkə ilə bağlı Cristobal Marine Corp. şirkəti də "qara siyahı”ya düşüb.

Sanksiyalara həmçinin BƏƏ-də qeydiyyatdan keçmiş Ozarka Shipping – FZCO şirkəti (Victory Ari, Sondos – Antiqva və Barbuda bayrağı, Katsuya – Qambiya bayrağı gəmilərinə sahibdir), Marşal adalarında qeydiyyatdan keçmiş Changbai Glory Shipping Limited (LAFIT – Liberiya bayrağı) də daxil edilib.

Vaşinqton həmçinin Honq-Konqda fəaliyyət göstərən U Beacon Shipping Co., Limited və Hong Kong Hangshun Shipping Limited şirkətlərini də cəzalandırıb. Onlar Adeline G və KONGM (Panama bayrağı) gəmilərinə sahibdir. Bundan başqa, Ares Shipping Limited şirkəti də (Ares gəmisi ilə) sanksiya siyahısına salınıb.

ABŞ-ın cəza tədbirlərinə görə, siyahıya düşən şəxslərin və şirkətlərin ABŞ ərazisində və ya amerikalıların nəzarətində olan bütün əmlakı bloklanacaq, onlarla hər hansı maliyyə əməliyyatları qadağan ediləcək.

İranın "kölgə donanması” Rusiyaya da işləyir. "Financial Times” yazır ki, 2019-cu ildən bəri fəaliyyət göstərən qlobal tanker şəbəkəsi sanksiyalı neftin daşınmasına xidmət edir. Bu gəmilər milyardlarla dollarlıq neft daşıyıb.

Əvvəlcə İran və Venesueladan neft daşınırdı. Daha sonra, Ukraynaya qarşı genişmiqyaslı işğaldan sonra, Rusiyanın da bu sxemə qoşulduğu məlum olub. Jurnalistlərin araşdırmasına görə, qanunsuz daşınan neftin 93%-i Çinə göndərilib.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->