Oktyabrın 7-də İsrailə hücumda minə yaxın yaraqlı iştirak edib.
Qaynarinfo xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinken ABC televiziyasına müsahibəsində
bildirib.
"Təxminən min yaraqlı İsraili işğal edib. Onların əksəriyyəti ya məhv edilib, ya da Qəzza zolağına qayıdıblar”, deyə Blinken bildirib.
O əlavə edib ki, bölgənin yaxınlığında şiddətli toqquşmalar davam edir, ölkənin qalan hissəsində isə vəziyyət daha sakitdir.
Oktyabrın 7-də HƏMAS İsrailə bir neçə min raket atıb və Əl-Əqsa əməliyyatının başladığını elan edib. Bunun fonunda İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir oktyabrın 7-də ölkədə fövqəladə vəziyyətə strat verib.
İsrailin baş naziri Benyamin Netanyahu ölkənin müharibə vəziyyətində olduğunu bəyan edib. İsrail ordusunun HƏMAS-a qarşı əməliyyatı "Dəmir Qılınclar” adlanırıb. Bu gün isə İsrail hökuməti rəsmən müharibə vəziyyəti elan edib.
Hər iki tərəfdən çox sayda itkilər var.
Aydın