Xəbər lenti

ABŞ İsrailin Qəzzaya son zərbəsinin nəticəsini qiymətləndirdi: "Dəhşətlidir"
Dünya07:54 30.10.2024

ABŞ İsrailin Qəzzaya son zərbəsinin nəticəsini qiymətləndirdi: "Dəhşətlidir"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
HƏMAS-ın nəzarətində olan Səhiyyə Nazirliyinin məlumatına görə, İsrailin Qəzza zolağının şimalındakı Beyt Lahiya şəhərinə endirdiyi aviazərbələr nəticəsində azı 93 nəfər ölüb və ya itkin düşüb. Birləşmiş Ştatlar hücumu "dəhşətli" adlandırıb.
Bu barədə Qaynarinfo BBC-yə istinadən xəbər verir.
İsrail ordusu "bu gün [çərşənbə axşamı] Beyt Lahiya bölgəsində mülki şəxslərin yaralanması barədə məlumatlardan xəbərdar olduqlarını" bildirib. Onlar əlavə ediblər ki, hadisənin təfərrüatları dəqiqləşdirilir.
ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller ABŞ-ın "bu insidentdə mülki əhalinin itkisindən dərin narahat olduğunu" deyib. "Bu, dəhşətli nəticəsi olan dəhşətli hadisə idi”, - o bildirib.
Həmçinin Miller hücum nəticəsində "iyirmi uşaq öldürüldüyü barədə məlumatlara" işarə edib.
"Son zərbə nəticəsində dinc sakinlər üçün faciəvi nəticə bu müharibəyə niyə son qoymalı olduğumuzun daha bir xatırlatmasıdır", - Miller bildirib.
Nizami Bağırov