Xəbər lenti

ABŞ Ukraynaya vəd etdiyi silahları İsrailə göndərəcək
Dünya11:50 22.10.2023

ABŞ Ukraynaya vəd etdiyi silahları İsrailə göndərəcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ABŞ Ukraynaya göndərilməsi nəzərdə tutulan on minlərlə artilleriya mərmisini İsrailə təhvil verəcək.
Qaynarinfo xəbər verir ki, bu barədə "The New York Times" (NYT) yazır.
"Ukraynaya vəd edilən on minlərlə 155 millimetrlik artilleriya mərmisi İsrailə yönləndiriləcək", deyə Pentaqonun sözçüsü nəşrə bildirib.
Qeyd olunur ki, Ukrayna və İsrail müxtəlif növ müharibələr aparır və silaha olan ehtiyacları fərqlidir, lakin döyüşlər aylarla davam edərsə, bəzi silah sistemləri tezliklə çatışmazlığa düşə bilər.
"Bu arada ABŞ prezidenti Co Bayden açıq şəkildə bildirib ki, Birləşmiş Ştatlar bir müharibəni digərindən üstün tutmur", deyə məqalə müəllifi yazır.
Aydın