Xəbər lenti

ABŞ və Rusiya nüvə başlıqlarının sayını artırır – SIPRI
Dünya11:08 12.06.2023

ABŞ və Rusiya nüvə başlıqlarının sayını artırır – SIPRI

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
2022-ci ildə qlobal təhlükəsizlik on il əvvəllə müqayisədə nəzərəçarpacaq dərəcədə pisləşib. Dünyada müharibələr tez-tez baş verir, hərbi xərclər artıb, ərzaq təhlükəsizliyi problemi kəskinləşib.
Qaynarinfo xəbər verir ki, bu qənaətə Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) ekspertləri gəlib. SIPRI-nin bazar ertəsi dərc olunmuş illik hesabatına görə, ekspertlər ayrıca, Rusiyanın Ukraynaya qarşı davam edən müharibəsini qeyd edirlər ki, bu da böyük dövlətlər arasında qarşıdurmanı gücləndirib, "silahlara nəzarəti zəiflətib və diplomatiyanı daha az təsirli edib".
Ekspertlər qeyd edirlər ki, geosiyasi münasibətlər pisləşdikcə nüvə gücləri - ABŞ, Rusiya, Britaniya, Fransa, Çin, Hindistan, Pakistan, Şimali Koreya və İsrail əhatə dairəsi genişləndirilmiş nüvə başlıqlarının sayını artırır və nüvə arsenallarını modernləşdirməyə davam edirlər. SIPRI hesabatında deyilir ki, onlardan bəziləri 2022-ci ildə nüvə başlıqları olan və ya onları daşıya bilən yeni silah sistemləri yerləşdirib.
Hesabatda deyilir ki, ABŞ və Rusiya dünyadakı nüvə silahlarının təxminən 90%-nə sahibdir. 2000-ə yaxın döyüş başlığı - demək olar ki, hamısı Rusiya və ABŞ-a məxsusdur - yüksək hazırlıq vəziyyətində idi. Onlar raketlərlə təchiz edilmiş və ya strateji hava bazalarına yerləşdirilmişdi.
Çin nüvə arsenalını 350 döyüş başlığından 410-a çatdırıb. SIPRI hesab edir ki, onilliyin sonuna qədər Çin ballistik raketlərinin sayı Rusiya və ya ABŞ-ın sayına bərabər ola bilər.
Fransa üçüncü nəsil ballistik raketlərlə təchiz olunmuş nüvə sualtı qayığının yaradılması üzərində işi davam etdirib. Hesabatda deyilir ki, Hindistan və Pakistan öz nüvə arsenallarını genişləndirir və yeni çatdırılma sistemlərini inkişaf etdirməyə davam edir. 
Şimali Koreya 2022-ci ildə nüvə sınaqları keçirməyib, lakin 90-dan çox raket sınaqları həyata keçirib. Atılan raketlərin bəziləri nüvə başlıqları ilə təchiz oluna bilər.
SIPRI hesabatında deyilir ki, 2022-ci ilin fevralında nüvə silahına malik dövlətin qonşu qeyri-silah dövlətinə genişmiqyaslı müdaxiləsi nüvə silahlarına nəzarət sahəsində ikitərəfli və çoxtərəfli əməkdaşlıqda əhəmiyyətli pozulmalara səbəb olub.
Hesabatda ayrıca Moskva və Vaşinqton arasında strateji sabitliyə dair dialoqun dayandırılması müzakirə edilir. Ukraynaya qarşı müharibədə nüvə silahından istifadə etməklə hədələyən Rusiya fevral ayında START-3 müqaviləsində iştirakını dayandırdığını bildirmişdi. ABŞ müqavilənin tələb etdiyi bildirişləri Rusiyaya göndərməyi dayandırıb.
Dünyada nüvə silahı - ən son xəbərlər
Martın 25-də Putin Belarusda taktiki nüvə silahı yerləşdirmək niyyətində olduğunu açıqlayıb. Guya Lukaşenko bu barədə ondan soruşub. Putinin sözlərinə görə, Rusiya Belarusda taktiki nüvə silahı daşıya bilən 10 təyyarə yerləşdirib.
İyunun 9-da Vladimir Putin ölkəsinin iyulda Belarusda taktiki nüvə silahı yerləşdirəcəyini bəyan edib.
Alpər