Xəbər lenti

ABŞ-da 2 büdcə layihəsi qəbul edildi
Dünya10:00 04.01.2019

ABŞ-da 2 büdcə layihəsi qəbul edildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ABŞ Konqresində Demokratlar Partiyası 2 büdcə layihəsini qəbul edib.
Qaynarinfo xəbər verir ki, büdcə layihəsi 239 "Hə", 192 "Yox"la qəbul edilib. Hər iki büdcə layihəsi hökumətin 8 fevral və 30 sentyabra qədər açıq qalmasını nəzərdə tutur. Lakin prezident Donald Trampdan "Veto" qərarı gözlənilir. Hər iki büdcə layihəsi Meksika ilə sərhəddə tikintisi planlaşdırılan "Meksika divarı" üçün pul ayrılmasını nəzərdə tutmur.
Qeyd edək ki, ABŞ-da hökumət artıq 11 gündür bağlıdır. Tramp "Meksika divarı" üçün 5 milyard dollar ayrılmasını tələb edir, lakin Demokratlar bununla razı deyil.
Gülşən