ABŞ-ın Monteneqronun paytaxtı Podqoritsadakı səfirliyinə hücum olub.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, hadisə dünən gecə saatlarında baş verib. Naməlum şəxs səfirlik binasına partlayıcı maddə atdıqdan sonra özünü partladıb.
Səfirlik ABŞ vətəndaşlarına müvəqqəti olaraq binaya yaxınlaşmamaları barədə xəbərdarlıq edib.