Xəbər lenti

“ABŞ yeganə supergücdür” - Putindən acı etiraf
Dünya16:25 17.06.2016

“ABŞ yeganə supergücdür” - Putindən acı etiraf

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
“Amerika böyük dövlət, yeganə superderjavadır. Biz bunu qəbul edirik. Amma ABŞ Rusiyanın daxili işlərinə qarışmamalıdır. Moskva və Brüsselin əlaqələrinə təsir etməməlidir”.
Modern.az saytının məlumatına görə, bunu Rusiya prezidenti Vladimir Putin Sankt-Peterburda keçirilən  beynəlxalq iqtisadi forumda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Rusiyaya da əməkdaşlıq üçün ABŞ kimi güclü dövlət lazımdır.
“Amma biz istəmirik ki, onlar bizim daxili işlərimizə qarışsınlar. Onlar bizim Avropa ilə münasibətlərin inkişafına mane olmağa çalışırdılar”,-deyə o bildirib.
Qaynarinfo.az