Superliqanın 23-cü turunda keçirilən "Qalatasaray" - "Adana Dəmirspor" matçı yarımçıq qalıb.
Qaynarinfo "Haber Global"a istinadən xəbər verir ki, matçın 33-cü dəqiqəsində adanalılar meydanı tərk etmək qərarına gəlib.
"Adana Demirspor"un baş məşqçisi Mustafa Alper Avcı futbolçuların matça davam etməsini istəməyib və soyunub-geyinmə otağına yollanıb. Bundan sonra matçın hakimləri oyun meydanını tərk ediblər.
Matç yarımçıq dayandırılıb. Qarşılaşma ilə bağlı qərarı Türkiyə Futbol Federasiyası verəcək.
Oyun dayandırılarkən "Qalatasaray" 1:0 öndə idi. Yeganə 12-ci dəqiqədə penalti zərbəsi ilə Alvaro Morata vurub.
Şərhlər