Qubad İbadoğlunun rəhbərlik etdiyi Azərbaycan Demokratiya və Rifah Hərəkatı Partiyasından istefa verən Əlövsət Talışxanlı yeni təşkilat yaradıb.
Bu barədə Qaynarinfo-ya onun özü məlumat verib. Əlövsət Talışxanlı bildirib ki, bundan sonra fəaliyyətini "Milli Düşüncə və İnkşaf" İctimai Birliyində davam etdirəcək:
"Bu bəyanatı imzalayanlar- uzun müddət Azərbaycanın ictimai-siyasi həyatında fəaliyyəti olmuş insanlar olaraq düşünürük ki, ölkəmizin ictımai həyatına yeni bir yanaşma, yeni qüvvə kimi qoşulmağın vaxtı çatıb. Məsləhətləşmələrimizin nəticəsi olaraq qərara gəldik ki, yeni birlik yaradaq və ölkədə ictimai fəaliyyətə öz töhfəmizi verək. Bu məqsədlə "Milli Düşüncə və İnkşaf" İctimai Birliyinin yaradıldığını elan edirik. Ölkənin ictimai həyatında aktiv iştirak etmək istəyən vətəndaşlarımızı sıralarımızda görmək xoş olardı”.
Qeyd edək ki, "Milli Düşüncə və İnkişaf” ictimai birliyinin İdarə Heyətinin tərkibi barədə ictimaiyyətə yaxın vaxtlarda məlumat veriləcək.
Bahar Rüstəmli