AFFA-nın İntizam Komitəsinin növbəti iclası keçirilib.
Qaynarinfo qurumun rəsmi saytına istinadən xəbər verir ki, iclasda Azərbaycan Premyer Liqasının son turunda və ölkə kubokunun finalında yol verilmiş qayda pozuntuları ilə əlaqədar aşağıdakı qərarlar çıxarılıb.
Premyer Liqanın XXVIII turunun "Zirə” – "Şamaxı” oyununda matçın 87-ci dəqiqəsində "Zirə” klubunun 14 nömrəli futbolçusu Hamidu Keyta aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 2 oyun şərti olmaqla 4 oyun cəzalanır klub 3200 manat cərimə olunur. Sınaq müddəti 3 ay təyin edilir.
Premyer Liqanın XXVIII turunun "Qarabağ” – "Nefçti” oyununda "Nefçti” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur.
"Qarabağ” – "Zirə” oyununda "Qarabağ” klubunun azarkeşləri tərəfindən kütləvi şəkildə təhqiramiz ifadələr işlədildiyi üçün klub 4000 manat cərimə olunur.
Azərbaycan Kubokunun final mərhələsinin "Qarabağ” – "Zirə” oyununda təcili tibbi yardım nümayəndəsi oyuna təyin olunan vaxtdan gec gəldiyi üçün meydan sahibi klub 3200 manat cərimə olunur.
Azərbaycan Kubokunun final mərhələsinin "Qarabağ” – "Zirə” oyununda "Qarabağ” klubunun azarkeşləri pirotexnikadan istifadə etdiyi üçün klub 800 manat cərimə olunur.
Azərbaycan Kubokunun final mərhələsinin "Qarabağ” – "Zirə” oyununda "Zirə” klubunun məşqçisi Eltun Yaqublu cəzalı olduğu halda meydana daxil olduğu üçün cəzasının üzərinə 1 oyun əlavə olunur klub 800 manat cərimə olunur.
"Qarabağ” – "Zirə” oyununda "Zirə” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur.
Səbuhi Həsənov