İdman 13:43 06.09.2023

Şahruddin Məhəmmədəliyev "Qarabağ"ı Türkiyə klubuna dəyişir

Millimizin və "Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyev karyerasını Türkiyədə davam etdirə bilər.
 
Qaynarinfo-nun məlumatına görə, qolkiper "Adana Dəmirspor”a keçir. Bu barədə Türkiyənin məşhur nəşrlərindən olan "Fanatik”də məlumat yer alıb.

29 yaşlı qapıçı Superliqa təmsilçisi ilə 2+1 illik razılaşma əldə edib. Məhəmmədəliyev yeni komandasına azad agent kimi keçəcək. O, "Adana Dəmirspor”da yerli futbolçu statusunda çıxış edəcək.

Şahruddin 2016-cı ildən "Qarabağ”ın formasını geyinir.
 
Səbuhi Həsənov