Xəbər lenti

Şahruddin Məhəmmədəliyev yenidən
İdman 13:00 18.07.2024

Şahruddin Məhəmmədəliyev yenidən "Qarabağ"da (RƏSMİ)

"Qarabağ" klubu Şahruddin Məhəmmədəliyevlə müqavilə bağlayıb.

Qaynarinfo xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

30 yaşlı qapıçı ilə bir illik müqavilə imzalanıb. Ötən mövsüm Türkiyənin "Adana Dəmirspor” klubunun formasını geyinən futbolçu 2025-ci ilin yayına qədər "Qarabağ"da çıxış edəcək.

Qeyd edək ki, Ş.Məhəmmədəliyev 2016-2024-cü illərdə Ağdam klubunun formasını geyinib. O, 2024-cü ilin yayında "Qarabağ”dan Türkiyə klubuna transfer edilib. Qolkiper "Qarabağ"la 7 dəfə Azərbaycan çempionu olub, 3 dəfə ölkə kubokunu qazanıb.

O, Azərbaycan millisində 29 oyun keçirib.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->