Xəbər lenti

Aİ ruslardan müdafiə olunmaq üçün 8 milyardlıq bunker tikəcək
Dünya 16:53 10.07.2022

Aİ ruslardan müdafiə olunmaq üçün 8 milyardlıq bunker tikəcək

Avropa İttifaqı gizli danışıqlar üçün 8 milyon avro dəyərində bunker tikmək niyyətindədir. Bunker rus və digər casuslardan müdafiəni təmin etməlidir.

Qaynarinfo xəbər verir ki, bu barədə "EUobserver” məlumat yayıb.

Nəşrin məlumatına görə, bunkerdə təxminən 100 nəfər - 34-ə qədər rəhbər və 34 protokol əməkdaşı, həmçinin texniki və xidmət personalı yerləşə biləcək.

Qeyd olunur ki, bunkerdə internet olmayacaq, lakin böyük ekranlı daxili konfrans texnologiyası və 30 tərcüməçi üçün eyni dərəcədə təhlükəsiz kabinələrə qoşulmuş mikrofonlar quraşdırılacaq. Həm konfrans zalı, həm də kabinlər "təsiredici şüaların istifadə riskini azaltmaq” üçün NATO tərəfindən sertifikatlaşdırılmış izolyasiya çərçivəsində yerləşdiriləcək.

Gizli danışıqların iştirakçıları telefonlarını və digər qacetlərini bunkerdən kənarda səs keçirməyən şkaflarda qoymalı olacaqlar.

"EUobserver”in məlumatına görə, layihə planına əsasən, binaların 2024-cü ilə qədər Brüsseldə, sammitlərin keçirildiyi Aİ Şurası kompleksində tikilməsi planlaşdırılır. Lakin hələlik dəqiq yer müəyyən edilməyib.

Nəşrin yazdığına görə, bu qərar Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsi və Aİ və NATO-nun birgə silahlı qüvvələrinin yaradılması planları fonunda qəbul edilib.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->