Trabzon Böyük Sənaye Şəhəri Dərnəyinin sədri və keçmiş AKP rəhbərlərindən Ayhan Arpaçının sosial mediada yayılan videosu böyük qalmaqal və səs-küyə səbəb olub.
Videoda 2600 adamın bahalı maşın sifariş etdiyini deyən Arpaçı bunları deyib:
"İqtisadiyyatımız darmadağın olub, çox yoxsullaşıb. Allah sizin bəlanızı versin - Kamal Kılıcdaroğlundan tutmuş İmamoğlusuna qədər. Kim mediada informasiya əməliyyatı aparırsa, Allah onlara min cür bəla versin, şərəfsiz, p..əvənklər, murdar itlər”.
Bu görüntülərin ortaya çıxmasının sonra CHP də Arpaçıya qarşı fəaliyyətə keçib.
CHP lideri Kılıçdaroğlunun vəkili Cəlal Çelik sosial media hesabında bu sözləri yazıb: "Ayhan Arpaçı sədrimizi təhqir edib. Bu təhqirə görə prokurorluğa şikayət etdik. Təzminat iddiası da qaldırdıq. Əxlaqsızlığa görə hesab verəcək”.
<iframe frameborder="0" width="480" height="270" src="https://www.dailymotion.com/embed/video/x7pua2m" allowfullscreen="" allow="autoplay">