Xəbər lenti

AKP-nin tanınmış siması da həbs edilən Emin Çölaşanı müdafiə etdi
Dünya07:36 29.12.2019

AKP-nin tanınmış siması da həbs edilən Emin Çölaşanı müdafiə etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Sözçü” qəzetinin aparıcı yazarı, tanınmış jurnalist Emin Çölaşanın həbsiylə bağlı məhkəmə qərarına Türkiyənin fərqli cinahlarından əks reaksiyalar göstərilib.
Qaynarinfo xəbər verir ki, illərdir Emin Çolasan tərəfindən tənqid olunan Ankara keçmiş bələdiyyə başçısı, AKP üzvü Melih Gökçək sosial media hesabında Çolasana dəstək verib.
Melih Gökçək sözügedən qərara görə tanınmış yazara "keçmiş olsun" deyib:
"İllərlə dişə-diş savaşdığım Emin Çölaşanın FETÖ-çuluq suçuyla həbs edilməsindən sevinmədim, hətta kədərləndim. Keçmiş olsun... Əminəm ki, adının FETÖ-çü kimi hallandırlması ona da pis təsir edib”.
Kökçək 2007-ci ilə aid bir videonu da yada salıb.
Digər tərəfdən, Melih Gokçək ailəsinə məxsus Bəyaz TV-dən də dünən məhkəmənin qərarı sərt tənqid edilib. Bəyaz TV-nin səhər proqramı "Oyan Türkiyəm"in aparıcısı Tahir Sarıkaya proqramda məhkəmənin verdiyi qərarı sərt dillə tənqid edərək "Bu qərar FETÖ-çulara xidmət etməkdən başqa bir şey deyil, yoldaşlar", - deyib.
Xatıladaq ki, İstanbul 37-ci Ağır Cəza Məhkəməsi "Sözçü” qəzetinin sahibi Burcu Akbay və bəzi yazarların, vəzifəli şəxslərin və işçilərinin mühakimə olunduğu iddianın hökmünü açıqlayıb. Qəzetin yazarlarından Emin Çölaşan və Necati Doğru hər biri 3 il 6 ay 15 gün müddətinə azadlıqdan məhrum edilib. "Sözçü”nün digər 5 işçisi ən az 2 il 1 aylıq həbs cəzası alıb.
Alpər