Xəbər lenti

İdman 15:20 26.10.2023

"Al-Nassr"ın ulduzu Fransada özünə klub aldı

"Al-Nassr”ın ulduzu Sadio Mane Fransada özünə klub alıb.

Qaynarinfo-nun məlumatına görə, ulduz futbolçu dördüncü divizion komandası "Bourges 18”in yeni sahibi olub.

Mane bu yay "Bavariya"dan Səudiyyə Ərəbistanı klubuna yollanıb. İldə 40 milyon avro qazanan seneqallı çərşənbə günü Fransanın dördüncü divizionunda çıxış edən "Bourges 18"i alıb. Fransa klubu rəsmi "Facebook" hesabında Manenin onların yeni sahibi olduğunu açıqlayıb.

Bu mövsüm "Al-Nassr"ın heyətində 13 matça çıxan Mane yeddi qola və iki məhsuldar ötürməyə imza atıb. 

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->