Çinin onlayn ticarət nəhəngi "Alibaba Taobao" ("AliExpress" bazarının sahibi) Pekin aerokosmik şirkəti "Space Epoch" ilə birlikdə yüklərin göndərilməsi üçün təkrar istifadə edilə bilən raketin yaradılması layihəsinə start verib.
Qayanrinfo xəbər verir ki, bu barədə "Reuters" xəbər agentliyi məlumat yayıb.
Tərəfdaşlar həcmi 120 kubmetr olan konteynerdə 10 tona qədər yük daşıya bilən qurğu hazırlamaq niyyətindədirlər. Güman edilir ki, texnologiya yüklərin cəmi bir saat ərzində dünyanın istənilən yerinə çatdırılmasına imkan verəcək.
"Space Epoch" şirkəti keçən il dəniz platformasında atəş sınaqlarını uğurla başa vurmuş "Yuanxing-1" raketindən istifadə etməyi planlaşdırır.
Şirkət yaxın gələcəkdə raketlərin çatdırılması sınaqlarını həyata keçirmək niyyətindədir, lakin belə təcrübələrin təxmini tarixləri hələlik açıqlanmayıb. "Space Epoch" qeyd edib ki, qısa müddətdə məqsədlərinə çatmaq asan olmayacaq.
Aydın
Şərhlər