Xəbər lenti

Alim: “Koronavirusun delta ştamı dünyada dominant olacaq”
Sağlamlıq07:10 25.06.2021

Alim: “Koronavirusun delta ştamı dünyada dominant olacaq”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
COVID-19-un növbəti yayılmasında koronavirusun delta növü dünyanın bir çox ölkəsində dominant olacaq. 
Qaynarinfo xəbər verir ki, bu sözləri Çinin Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin tədqiqatçısı Fen Sızsyan deyib.
"Çox güman ki, bu növ əsas olacaq. Onun artan yoluxuculuğu və infektivliyi virusun sağ qalmasına və yayılmasına kömək edir, buna görə növbəti mərhələdə yayılma dərəcəsi getdikcə daha da arta bilər", - alim deyib.
Sızsyan "delta suşu"nun pandemiyanın sonrakı dalğasında dominant olacağını açıqlayıb.
Xatırladaq ki, B.1.617 koronavirüsünün ilk variantı keçən ilin oktyabrında Hindistanda aşkar edilmiş və bir az sonra üç alt növ qeydə alınmışdı - B.1.617.1, B.1.617.2 ("delta") və B.1.617.3. Onlar sünbül zülalı və müxtəlif ölkələrdə yayılması ilə fərqlənirlər.
Alpər