İspaniyalı tennisçi Karlos Alkaras Peşəkar Tennis Assosiasiyasının (ATP) "Queen`s Club 500"də kişilərin təkbətək yarışında çempion olub.
Qaynarinfo-nun məlumatına görə İngiltərənin paytaxtı Londonda keçirilən turnirdə avstraliyalı Aleks de Minauru finalda məğlub edən (6:4 , 6:4) Alkaras yenidən "1 nömrə" olub.
Dünya reytinqində serb raketkaçısı Novak Cokoviçi geridə qoyan ispan tennisçi iyulun 3-də start götürəcək "Vimbldon" böyük dəbilqə turnirində kişilərin təkbətək yarışında dünya birincisi kimi mübarizə aparacaq.
Səbuhi Həsənov
Şərhlər