ABŞ Milli Elmlər Akademiyasının üzvü, "Academia Europaea” Yevgeni Kunin hazırda dominant olan "delta” koronavirus növünün COVID-19-un inkişafı üçün bir növ yayla olduğunu və son variant ola biləcəyini söyləyib.
Qaynarinfo xəbər verir ki, onun sözlərinə görə, virusun adaptiv landşaftının çox mürəkkəb olduğunu başa düşmək lazımdır.
Onun bir çox fərqli variant və zirvələri var. Virus bu landşaftda nə qədər yüksəlirsə, nə qədər sahibini populyasiyasına uyğunlaşırsa, yuxarı qalxması və inkişaf etməsi bir o qədər çətin olur.
OpenBio biotexnologiya forumunda Kunin "Yüksək ötürmə qabiliyyətinə və daha yüksək patogenliyə çıxış imkanları indi çox azalıb", - deyə bildirib.
Onun sözlərinə görə, əhalinin peyvənd edilməsi zamanı virusun reseptorlara bağlanma qabiliyyətini qorumaq və eyni zamanda antikorlardan qaçmaq çətindir, çünki onun fəaliyyəti formalaşmış immun müdafiə sistemini "sındırmaq" məqsədi daşıyır.
"Buna görə də, delta koronavirus stamının mutasiya olunması və antikorlardan qaçma şanslarının o qədər də yüksək olmadığını düşünürəm", - deyə alim fikrini yekunlaşdırıb.
Alpər