
ABŞ-ın Boston şəhərində keçirilən marafon yarışında dəhşətli terror törədilib.
Qaynar.info-nun məlumatına görə, 2 ayrı yerdı baş verən partlayış nəticəsində xeyli ölən və yaralanın öldüyü bildirilir.
Marafonun finiş xətti yaxınlığında dalbadal baş verən partlayış zamanı yaralananların idmançılar üçün nəzərdə tutulmuş çadırlara aparıldığı söylənilir.
Partlayışlar nəticəsində 90 nəfər yaralanıb. Bu barədə məlumatı 911 xilasetmə xidməti Twitter-də yayıb. Boston polisi 2 nəfərin həlak olduğunu təsdiqləyib. New York Post tabloidinin 12 nəfərin ölməsi barədə yaydığı məlumat hələlik rəsmən təsdiqlənmir. Bəzi KİV-lər yaralıların sayının 100-dən çox olduğunu xəbər verirlər.
Qaynar.info




