
Həmsədrlərin regiona təcili səfər etməklə bağlı planları yoxdur.
Bu barədə APA-ya açıqlamasındaATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik bildirib. Diplomat qeyd edib ki, həmsədrlər prezidentlərin razılaşdırdığı kimi, iyun ayında gözlənilən sammitə hazırlıq məqsədilə Azərbaycan və Ermənistan prezidentləri ilə görüşməyə ümid edir: "Bizim məqsədimiz hərtərəfli sülh razılaşmasına gətirib çıxara biləcək danışıqlar üçün zəmin yaratmaqdır".
Qaynarinfo.az