Xəbər lenti

Amsterdam "Eurovision 2020"dən imtina etdi
Dünya12:43 05.07.2019

Amsterdam "Eurovision 2020"dən imtina etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Hollandiyanın paytaxtı Amsterdam "Eurovision 2020" mahnı müsabiqəsinə ev sahibliyi etməkdən imtina edib.
Qaynarinfo İzvestiya.ru-ya istinadən xəbər verir ki, tədbirin "Ziggo Dome" konsert zalında baş tutacağı güman edilsə də, tikili həmin dövrdə təmir üçün bağlanacaq. Paytaxtda "Eurovision"un keçirilməsi üçün başqa uyğun yer yoxdur. Ölkənin Haaqa və Breda şəhərləri də mahnı müsabiqəsinə ev sahibliyi etməkdən imtina edib. 
"Eurovision 2020" mahnı müsabiqəsini reallaşdırmaq üçün ölkənin Arnhem, Maastrixt, Utrext və Rotterdam şəhərlərindən cavab gözlənilir. Yekun qərar avqust ayında bilinəcək.
Gülşən